Bakıda yol qəzasında daha bir nəfər həyatını itirib. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 25 oktyabr tarixində xəbər verir.
Oktyabrın 24-də saat 21:00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Biləsuvar rayon sakini Ə.Xammədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Yusif Baxşiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.