Paytaxtda quldurluq hadisəsi baş verib.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, sentyabrın 20-də axşam saatlarında Binəqədi qəsəbəsi ərazisində bir yeniyetmənin 400 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 3 yeniyetmə saxlanılıb.
Hazırda araşdırma aparılır.