Qusarda Bakı sakinin ölümü ilə nəticələn yol qəzası baş verib. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Bakı–Quba–Rusiya ödənişli avtomagistralının Qusar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 54 yaşlı Şakir Abdullayev sözügedən ərazidə elektrik xətlərində təmir işləri aparan zaman, onu TİR vurub.
Qəza nəticəsində o, aldığı xəsarətlərdən hadisə yerində keçinib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.