Paytaxtın Xəzər rayonunda 4 yaşlı qızı öldürərək quyuya atanın şəxsiyyəti məlum olub. Bu haqda Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Cinayəti azyaşlının atası törədib. O, “Bizimləsən” verilişində canlı yayımda ifşa olunub. T.Allahyarov Məryəmin boynuna məftil bağlayaraq şəkil çəkdirib və arvadına yollayırmış. O, həyat yoldaşını geri dönməyini tələb edirmiş.
T.Allahyraov studiyadan əli qandallı çıxıb.
Bir neçə gün öncə quyuda meyiti tapılan 4 yaşlı Məryəmin qonşusu tərəfindən öldürüldüyü iddia olunurdu.