Bakıda kişi arvadını bıçaqlayaraq öldürüb. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Bakının Sabunçu rayonunda 56 yaşlı Həsənbala Rəhimov arvadı 54 yaşlı Ceyran Rəhimovanı bıçaqlayaraq qəsdən öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.
Həsənbala Rəhimov şübhəli şəxs qismində saxlanılıb, istintaq davam edir.