Bakının Nizami rayonunda meyit aşkarlanıb. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
R.Rüstəmov küçəsində yerləşən beşmərtəbəli binanın qarşısında kişi meyiti tapılıb. Mərhumun kimliyi məlum deyil.
Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.