Paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən mebel sexindən oğurluq edilib. Bu haqda bu gün, 21 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Goranboy rayon sakini Samir Əhmədov mebel sexlərinin birindən 6000 AZN dəyərində təmir alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.