Suraxanı rayonunda tütün məmulatları oğurlanıb. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Ramana qəsəbəsində baş verib. Əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Həbib Ovçiyev qəsəbə ərazisində yerləşən marketlərin birindən 1554 AZN dəyərində tütün məmulatı və oradakı ödəmə terminalından 3170 AZN pul oğurlamaqda şübhəli bilinərək tutulub.
Faktla bağlı araşdırmalar davam edir.