Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində bıçaqlanma hadisəsi olub. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verib.
24 yaşlı Dəmirxan Qasımzadəyə bıçaq xəsarətləri yetirilib. O, 2 kəsilmiş-deşilmiş bıçaq yarası ilə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Qasımzadə əməliyyat olunub.
Hadisə araşdırılır.