Sabunçu rayonunda Xəzər dənizi ilə gətirilən narkotik partiyası aşkarlanıb. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Masallı rayon sakini Rafiq Ağayev saxlanılıb. Onun avtomobilində və üzərində ümumilikdə 93 kiloqram marixuana, tiryək, metamfetamin, eləcə də 30 ədəd həb aşkar edilib.
O, narkotikləri onlayn yolla İran vətəndaşından aldığını və partiyanın dəniz yolu ilə İrandan gəldiyini bildirib.
Faktla bağlı araşdırmalar davam edir.