Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsində, Respublika Neyrocərrahiyyə Xəstəxanasının qarşısında xəsarətlərlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Verilən məlumata görə, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Fuad Sultanovun sözlərinə görə, hadisə yerinə polis əməkdaşları cəlb olunublar.