Qeyri-sabit havaya görə İçərişəhərdə ağac aşıb. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az xəbər verir.
Güclü külək əsməyi səbəbindən İçərişəhərin ərazisində yerləşən “Qız qalası” çay evində ağac aşıb. Nəticədə obyektə maddi ziyan dəyib.
Xəsarət alanın olub-olmadığı məlum deyil.
[video width="478" height="850" mp4="https://bakuplus.az/storage/photos/2024/04/video-whatsapp-2024-04-04-v-11.28.mp4"][/video]