Bakıda Rusiyanın sorğusu əsasında bir nəfər saxlanılıb. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
44 yaşlı Timur Qarayev Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinir. O, Rusiya sərhədlərini tərk etdiyi üçün onun saxlanılması barədə Azərbaycan hüquq-mühafizə orqanlarına da sorğu göndərilib.
Azərbaycan polisinin keçirdiyi əməliyyat nəticəsində Timur Qarayev Bakı şəhəri ərazisində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə təhvil verilib.