Səbail rayonunda axşam vaxtı yanğın baş verib. Bu haqda BakuPlus.az bu gün, 17 oktyabr tarixində xəbər verir.
Əhməd Cavad küçəsində ağacın yanması nəticəsində ətrafa kül və tüstü yayılıb. Həmin ərazidən keçən insanlar arasında nəfəs almaqda çətinlik çəkənlər olub.
Yanğın tezliklə söndürülüb.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2022/10/whatsapp-video-2022-10-16-at-21.18.36_1.mp4"][/video]