Paytaxtın Səbail rayonunda mənzildən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Abşeron rayon sakini F.Mehdiyeva Səbail rayonu ərazisində yerləşən mənzillərin birindən 18.820 AZN oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.