Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, alıcı adı ilə yaxınlaşan şəxs 1600 manat dəyərində boyunbağını oğurlayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törədən Emin Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. E.Quliyevin əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.