Səbail rayonunda kişi evində intihar edib. Bu haqda 18 oktyabr tarixində Report məlumat verib.
Arif İsmayılov küçəsində yerləşən evlərin birində oktyabrın 17-də 29 yaşlı Allahverən Hüseynov yaşadığı evdə özünü asaraq intihar edib. Onun intihar səbəbi hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.