Bakıda evdən oğurluq edən qadın tutulub. Bu haqda 2 aprel tarixində Report məlumat verib.
Səbail rayonunda mənzillərin birindən 8600 ABŞ dolları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini S.Qurbanova saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.