Bakının Səbail rayonunda paytaxt sakinindən narkotik götürülüb. Bu haqda bu gün, 15 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Ramil Quliyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 105 qramdan artıq heroin aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.