Bakının Səbail rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 120 kv.m olan restoranın xarici divarına quraşdırılan tüstü bacasında yağ qalıqları və yaxınlıqdan keçən elektrik kabeli yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Restoran yanğından mühafizə olunub. Yanğın söndürülüb.