Paytaxtın Səbail rayonunda yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 40 kv.m olan birmərtəbəli ev 15 kv.m sahədə alışıb. Binanın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüblər.