Paytaxtın Səbail rayonu, Salyan şosesində avtoqəza baş verib. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Kəlbəcər rayon sakini M.Məmmədov idarə etdiyi “Ford” markalı avtomobillə Hacıqabul rayon sakini F.Cavadovu vuraraq hadisə yerindən yayınıb. Şübhəli şəxs saxlanılıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanadan buraxılıb.
Araşdırmalar davam edir.