Səbail rayonunda antik əşya oğruları tutulublar. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
31 yaşlı Toğrul Abbaslı və həmyaşıdı Seymur Hacıyev 3 evdən ümumilikdə 30.000 AZN dəyərində qızıl-zinət, 2 ədəd mobil telefon, notbuk, fotoaparat və dəyərli antik əşyaları ələ keçiriblər.
Onlar hər 3 evi eyni üsulla soyduqlarını etiraf ediblər. Belə ki, saxlanılanlar günlərlə mənzil sahiblərini izləyərək axşam saat 19:00-22:00 aralığında onların mənzildə olmadıqlarını müəyyənləşdirərək sonra oğurluq etdiklərini bildiriblər.
Həmin şəxslər barəsində araşdırmalar davam edir.