Bakının Səbail rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli evdə qeydə alınıb. Ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 9 otaqlı tikilinin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.