Səbail rayonunda kafedən oğurluq edilib. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər də oğurluq cinayəti ilə əlaqədar məhkum olunmuş Mahir Məmmədov kafelərin birindən içərisində 530 AZN, 2000 AZN dəyərində üzük, bank kartı və sənədlər olan çanta oğurlayıb. O, saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.