Səbail rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 14 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma adıçəkilən rayonda dayanan “Mercedes” markalı nəqliyyat vasitəsində qeydə alınıb. Nəticədə maşının mühərrik hissəsi alışıb. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.