Bakının Səbail rayonunda narkokuryer saxlanılıb. Bu haqda bu gün, 21 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində 25 yaşlı Fərid Şahverdiyev saxlanılıb. Baxış zamanı, onda 7 kiloqram marixuana aşkarlanıb.
Saxlanılan şəxs sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri deyiləcək yerə qoyandan sonra pul alacağını bildirib.
Hazırda araşdırma aparılır.