Səbail rayonunda liftdə köməksiz qalan şəxs xilas edilib. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində səkkizmərtəbəli yaşayış binasının liftində vətəndaş köməksiz vəziyyətdə qalıb. Lift 8-ci mərtəbəyə keçiddə dayanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Onlar xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 7-ci mərtəbəyə endiriblər və qapını açaraq sakini xilas ediblər.