Səbail rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma bir dam altında tikilən və ümumi sahəsi 400 kv.m olan müxtəlif təyinatlı obyektlərdə baş verib. Nəticədə sahəsi 100 kv.m olan taxta sexinin tavanı 5 kv.m sahədə, taxta materiallar 20 kv.m sahədə və divardan keçən elektrik kabeli yanıb. Sexin qalan hissəsinə və bitişik obyektlərə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.