Səbail rayonunda soyğunçuluq hadisəsi baş verib. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Yaqubov rayon ərazisində bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar aparılır.