Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 15 noyabr tarixində xəbər verir.
Neftçilər prospektində Aygün Babayeva yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən zaman onu minik maşını vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.