Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində quldurluq hadisəsi törədilib. Bu haqda 15 noyabr tarixində Qafqazinfo məlumat verib.
Noyabrın 11-də naməlum şəxs ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərən Şakir Ağayevin işlətdiyi mağazaya daxil olaraq dəmirlə biznesmenin baş nahiyəsinə xəsarət yetirib. Daha sonra həmin şəxs mağazadan 30.000 manat pulu götürərək hadisə yerindən qaçıb.
Faktla bağlı Cinayət Məcəlləsinin “Quldurluq” maddəsi ilə cinayət işi başlanılıb.