Hava limanı yolunda huşunu itirən sürücü xilas edilib. Bu haqda bu gün, 19 mart tarixində Bakuplus.az sosial şəbəkəyə istinadən xəbər verir.
“MG 6” markalı avtomobil hərəkətdə olan zaman sürücü huşunu itirib. Bunu görən eyni istiqamətdə olan digər nəqliyyat vasitəsinin sürücüsü avtomobilin qarşısına keçib və onu dayandırmağa nail olub.
Daha sonra huşunu itirən sürücüyə ilkin yardım göstərilib.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/03/sequence-025-1.mp4"][/video]