Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində motosiklet piyadanı vurub. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
İkitəkərli nəqliyyat vasitəsi yolu keçən 28 yaşlı Aytən Məmmədovanı vurub. Nəticədə sürücü və piyada ağır xəsarətlər ilə xəstəxanaya yerləşdiriliblər.
Araşdırmalar davam edir.