Sabunçu rayonunda piyada ölüb. Bu haqda 29 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sabunçu qəsəbəsində iyunun 28-də saat 15:00 radələrində Bakı şəhər sakini T.Davudov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Azənəli Allahyarovu vurub. Qəza nəticəsində yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, vəfat edib.
Faktla bağlı araşdırma aparılır.