Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində oğurluq edən şəxslər saxlanılıb. Bu haqda bu gün, 14 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yardımlı rayon sakini N.Kazımov və Şəki şəhər sakini A.Məmmədov qəsəbə ərazisində yerləşən binaların birindən 17.250 manat dəyərində kombi, qaz sobası, radiator və stabilizator oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.