Paytaxtın Sabunçu rayonunda 14 evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ümumilikdə rayon ərazisində 14 evdən 4630 manat pul, 16.800 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Sabunçu RPİ 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluqlarda şübhəli bilinən Z.Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.