Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 16 sentyabr tarixində xəbər verir.
Sabunçu rayonu, Zabrat qəsəbəsində avtomobil yolu keçən 71 yaşlı Xəlil Xəlilovu vurub.
Ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılan yaralı orada dünyasını dəyişib.
Hadisənin təfərrüatı araşdırılır.