Paytaxtın Sabunçu rayonunda yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 90 kv.m olan birmərtəbəli evin dam örtüyü 40 kv.m sahədə, eləcə də ona bitişik olan köməkçi tikilinin dam örtüyü 10 kv.m sahədə kül olub. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.