Bakının Sabunçu rayonunda birmərtəbəli evdə yanğın olub. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 30 kv.m sahədə və dam örtüyünün taxta atmaları yanıb. Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.