Paytaxtın Sabunçu rayonunda yaşayış evi yanıb. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 25 kv.m olan birmərtəbəli ev tamamilə kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.