Sabunçu rayonunda gənc oğlan sinəsindən bıçaqlanıb. Bu haqda 21 sentyabr tarixində Report məlumat verib.
Ramana qəsəbəsində mübahisə zəminində 16 yaşlı Rəsul Məmmədov bıçaqlanıb. O, döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.