Paytaxtın Sabunçu rayonunda yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 8 oktyabr tarixində Bakuplus.az Föqvəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 105 kv.m olan doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində mənzilin eyvanı 4 kv.m sahədə alışıb. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.