Paytaxtın Sabunçu rayonunda 2 evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Aslanov 2 evdən ümumilikdə 1690 AZN-lik məişət əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam edir.