Paytaxtın Sabunçu rayonunda gənc qızı avtomobil vurub. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
25 yaşlı Susanna Zahirova yolu keçən zaman onu avtomobil vurub. Piyada Təcili Tibbi Yardımın köməklliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.