Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində evin həyətindən oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 22 fevral tarixində Report məlumat verib.
Ev sahibi şikayətlə polisə müraciət edib ki, fevralın 13-15-də darvaza naməlum şəxslər tərəfindən oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov və Neftçala rayon sakini R.Zeynalov tutulublar.
Araşdırma zamanı məlum olub ki, həmin şəxslər müxtəlif vaxtlarda Kürdəxanı və Ləhiş bağları sahəsindəki daha 7 evin darvazasını oğurlayıblar. İstintaq tədbirləri davam etdirilir.