Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qətl hadisəsi baş verib. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Küçənin ortasında Rasim Xəlilov özünə məxsus ov tüfəngi ilə ilk öncə həyat yoldaşı Misli Xəlilovanı güllələyib, daha sonra isə özünü vuraraq, intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Kişi küçədə can verərək ölüb. Ov tüfəngi müsadirə edilib.