Paytaxtın Sabunçu rayonunda yerləşən kafedə yanğın baş verib. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 20 kv.m olan kafenin mətbəxində qeydə alınıb. Obyektin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.