Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən avtoqəza baş verib. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
“Opel” markalı avtomobil Aeroport şosesində yüksək sürətlə hərəkət edən zaman motosikletə arxadan çırpılıb. Nəticədə sonuncunun sürücüsü bir neçə metr irəli düşüb. O, xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Mərhumun təxminən 25 yaşı olduğu ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.