Paytaxtın Sabunçu rayonunda narkotik alverinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Rayonun Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində keçirilən əməliyyatlar zamanı 39 nəfər saxlanılıb, ümumilikdə 2 kiloqramdan artıq narkotik maddə dövriyyədən çıxarılıb.
Tutulan şəxslərin Sabunçu rayonu ərazisində evlərdən və obyektlərdən oğurluq etdiyi də məlum olub.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_78459" align="alignnone" width="640"]
Foto DİN-in rəsmi Youtube kanalı[/caption]